Qızıl Aypara Cəmiyyətinin Abşeron rayon bölməsi may ayının 7-də Xırdalan şəhər 4 saylı məktəbdə Beynəlxalq
Qızıl Xaç və Qızıl Aypara hərəkatı və ümummilli lider Heydər Əliyevin
102 illiyi ilə bağlı tədbir keçirib. Tədbirdə AzQAC-ın Abşeron rayon bölməsinin sədri Fazilə Hüseynova, təlimatçı Ləman Arazlı, könüllü Məsumə
Xeyrullayeva, 4 saylı məktəbin direktoru Zəminə Nurayeva, dərs hissə
müdiri Vəsilə Əliyeva və məktəbin şagirdləri iştirak edib.
Tədbirdə çıxış edən F.Hüseynova ulu öndərin
102 illiyi ilə bağlı Heydər Əliyevin həyat və fəaliyyəti haqqında geniş məlumat
verib. Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara hərəkatı haqqında
çıxışında isə hərəkatın yaranma zərurətindən, onun missiyası, fəaliyyəti və
gördüyü işlərdən geniş məlumat verib. Məktəbin direktoru Zəminə xanım, dərs
hissə müdiri Vəsilə müəllimə ulu öndər haqqında xatirələrini bölüşüb. Sonda
isə xatirə şəkili çəkilib.