AzQAC-ın Cəbrayıl rayon bölməsinin könüllüləri Cəbrayıl rayonunun Minbaşlı kənd tam orta məktəbində maarifləndirici sessiya keçirib
Əsas səhifə / XƏBƏRLƏR / AzQAC-ın Cəbrayıl rayon bölməsinin könüllüləri Cəbrayıl rayonunun Minbaşlı kənd tam orta məktəbində maarifləndirici sessiya keçirib
6 may
2025-ci il tarixində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Cəbrayıl rayon bölməsinin
könüllüləri tərəfindən Cəbrayıl rayonunun Minbaşlı kənd tam orta məktəbinin
şagirdləri üçün maarifləndirici sessiya təşkil olunub. Tədbir zamanı şagirdlərə
Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Hərəkatının yaranma tarixi, fəaliyyəti və əsas
prinsipləri haqqında ətraflı məlumat verilib, eyni zamanda Azərbaycan Qızıl
Aypara Cəmiyyətinin ölkəmizdəki humanitar missiyası, fəaliyyəti və könüllülərin
bu sahədəki rolu izah olunub. Sessiyanın əsas məqsədi şagirdlərdə humanitar dəyərlər
haqqında bilik və maraq yaratmaq, eləcə də onları gələcəkdə könüllülük fəaliyyətinə
cəlb edilməsi olub. Tədbir interaktiv şəkildə keçib, iştirakçıların sualları
cavablandırılıb və mövzu ilə bağlı fikir
mübadiləsi aparılıb.