8 May Ümumdünya Qızıl Xaç və Qızıl Aypara Hərəkatı Günü və Ümummilli lider, AzQAC-ın Fəxri üzvü Heydər Əliyevin anadan olmasının 102 illik münasibətilə Bərdə RB-də tədbir keçirilib

Əsas səhifə / XƏBƏRLƏR / 8 May Ümumdünya Qızıl Xaç və Qızıl Aypara Hərəkatı Günü və Ümummilli lider, AzQAC-ın Fəxri üzvü Heydər Əliyevin anadan olmasının 102 illik münasibətilə Bərdə RB-də tədbir keçirilib

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin İdarə Rəisi – vitse-prezident Əziz Qocayev Bərdə rayonunda yerli bölmənin əməkdaşları və könüllüləri ilə görüş keçirib.

Görüş 8 May – Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının yaradılması günü və 10 May – ümummilli lider, AzQAC-ın fəxri üzvü Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə təşkil olunub.

Tədbir çərçivəsində hər iki əlamətdar günün tarixi əhəmiyyəti, humanitar dəyərlər və liderliyin cəmiyyətin inkişafındakı rolu haqqında müzakirələr aparılıb. Eyni zamanda, bu münasibətlə yerli sakinlərə sovqatların təqdim olunması nəzərdə tutulub.

Görüş zamanı yerli bölmənin fəaliyyəti dəyərləndirilib, gələcəkdə həyata keçiriləcək layihələr və təşəbbüslər barədə fikir mübadiləsi aparılıb. Yerli bölmə rəhbərliyinə tapşırıq verilib ki, fəaliyyətlərin planlaşdırılması və icrasında daha çox könüllünün iştirakı təmin olunsun, gənclərin bu sahəyə marağı artırılsın.