“Ümumdünya Qızıl Xaç və Qızıl Aypara Hərəkatı Günü” və Ümummilli lider, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Fəxri üzvü Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə ekoloji aksiya təşkil olunub
Əsas səhifə / XƏBƏRLƏR / “Ümumdünya Qızıl Xaç və Qızıl Aypara Hərəkatı Günü” və Ümummilli lider, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Fəxri üzvü Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə ekoloji aksiya təşkil olunub
8 May – “Ümumdünya
Qızıl Xaç və Qızıl Aypara Hərəkatı Günü” və ümummilli lider, Azərbaycan Qızıl
Aypara Cəmiyyətinin Fəxri üzvü Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü
münasibətilə ekoloji aksiya təşkil olunub. Aksiya Azərbaycan Qızıl Aypara Cəmiyyətinin
İsmayıllı rayonu üzrə Regional Mərkəzinin təşəbbüsü ilə həyata keçirilmiş və
Qobustan ilə Şamaxı rayonlarının sərhədində yerləşən, seldən zərər çəkmiş
Pirsaat çayı ərazisində baş tutub. Tədbirdə QAC-ın İsmayıllı Regional Mərkəzinin
koordinatoru Anar Mustafayev, Qobustan rayon bölməsinin sədri Nemət Alcanov,
Şamaxı rayon bölməsinin sədri Fərman Əhmədov, eləcə də hər iki rayonun könüllüləri
iştirak edib. Ekoloji aksiyanın məqsədi
təbiətin mühafizəsinə töhfə vermək, gənclər arasında ekoloji şüurun artırılması
və təbii fəlakətlərin təsirinə məruz qalmış ərazilərin bərpasına dəstək göstərmək
olub. Aksiya çərçivəsində ərazidə təmizlik işləri aparılmış, tullantılar
toplanmış və iştirakçılar tərəfindən ətraf mühitin qorunmasının vacibliyi ilə
bağlı maarifləndirici müzakirələr keçirilib.