7 may 2025-ci il tarixində
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, millət vəkili Novruz Aslanov
AzQAC-ın Baş ofisində Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri
Federasiyasının (IFRC) Cənubi Qafqaz ölkələri üzrə klaster nümayəndəliyinin
rəhbəri Sonya Bjorklundu qəbul edib. Görüşdə 8 may Ümumdünya Qızıl Xaç və Qızıl
Aypara hərəkatı günü ilə bağlı fikir mübadiləsi aparılıb. Həmçinin Novruz
Aslanov humanitar fəaliyyətlər istiqamətində tərəfdaşlığın genişləndirilməsi və
qarşılıqlı dəstəyin vacibliyini vurğulayıb. Bu sahədə Beynəlxalq Federasiyanın
əməkdaşlıq səylərinin artırılmasını önə çəkib. İşgüzar şəraitdə keçən görüşdə
ənənəvi layihələrə nəzər salınıb, yeni çağırışlarla və digər məsələlərlə bağlı
fikir mübadiləsi aparılıb.