7 may
2025-ci il tarixində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Suraxanı rayon bölməsi
tərəfindən Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatı Günü, həmçinin Azərbaycan
Qızıl Aypara Cəmiyyətinin fəxri üzvü, ümummilli lider Heydər Əliyevin anadan
olmasının 102-ci ildönümü münasibətilə maarifləndirici görüş təşkil olunub. Tədbir
Suraxanı rayonu 89 saylı tam orta məktəbdə keçirilib və 8-ci sinif şagirdlərinin
iştirakı ilə baş tutub. Görüşdə Suraxanı rayon bölməsinin sədri Turan
Hüseynova, AzQAC-ın Sağlamlıq şöbəsinin təlimçisi Nurgül Hadıyeva, 87 saylı tam
orta məktəbin dərs hissə müdüri Nuranə Hüseynova və digər qonaqlar iştirak
ediblər.
Şagirdlərə
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin tarixi, yaranma məqsədi, fəaliyyət istiqamətləri
və humanitar dəyərləri haqqında ətraflı məlumat verilib. Daha sonra Bakı
Regional Mərkəzinin nümayəndəsi və təlimçi Nurgül Hadıyeva tərəfindən şagirdlərə
ilk yardımın əsas prinsipləri barədə praktiki məlumatlar verilib və sadə tibbi
bacarıqlar öyrədilib.
Görüşün
sonunda Suraxanı rayon bölməsinin könüllüləri tərəfindən şagirdlərə Cəmiyyətin
fəaliyyəti, ilk yardım və humanitar prinsiplərlə bağlı hazırlanmış bukletlər
paylanılıb.