AzQAC-ın Cəbrayıl rayon bölməsinin Fövqəladə Mobil Könüllü Dəstəsi (FMKD) şagirdlər üçün maarifləndirici yarış təşkil ediblər

Əsas səhifə / XƏBƏRLƏR / AzQAC-ın Cəbrayıl rayon bölməsinin Fövqəladə Mobil Könüllü Dəstəsi (FMKD) şagirdlər üçün maarifləndirici yarış təşkil ediblər

7 may 2025-ci il tarixində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Cəbrayıl rayon bölməsinin Fövqəladə Mobil Könüllü Dəstəsi (FMKD) tərəfindən Cəbrayıl rayonunun Minbaşlı kəndində məktəblilər üçün maarifləndirici yarış təşkil edilib.

Tədbir 8-ci sinif şagirdləri üçün keçirilmiş və “Rəsmi çəkmə” bacarığı üzrə yarış formatında baş tutmuşdur. Yarışın əsas məqsədi şagirdlərə fövqəladə hallarda düzgün məlumat ötürmək, operativ reaksiya vermək və effektiv koordinasiya bacarıqlarını aşılamaq olub.

Yarış zamanı iştirakçılar Azərbaycan Qızıl Aypara Cəmiyyətinin fəaliyyət istiqamətləri, fövqəladə hallarda informasiya axınının idarə olunması və humanitar prinsiplərə əsaslanan yanaşmalar barədə praktiki biliklər əldə ediblər. Tədbir interaktiv və maraqlı şəkildə keçib. Sonda qaliblər və fəallığı ilə seçilən iştirakçılar mükafatlandırılıblar.