Mingəçevir Asan Peşə Məktəbində İlk Yardım və Mina Təhlükəsi Təlimi keçirilib
Əsas səhifə / XƏBƏRLƏR / Mingəçevir Asan Peşə Məktəbində İlk Yardım və Mina Təhlükəsi Təlimi keçirilib
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü və 8 May – Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Günü münasibətilə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Mingəçevir şəhər bölməsi tərəfindən maarifləndirici tədbir keçirilib. Tədbir Mingəçevir Asan Peşə Məktəbində baş tutub. İştirakçılara Beynəlxalq Qızıl Xaç Komitəsinin yaranma tarixi, humanitar prinsipləri, ilkin yardım qaydaları və mina təhlükəsi barədə məlumat verilib.Tədbirin əsas məqsədi gənclərdə humanitar dəyərləri aşılamak, təhlükəsizlik və fövqəladə hallarda davranışla bağlı bilikləri artırmaq olub.