8 May Ümumdünya Qızıl Xaç və Qızıl Aypara Hərəkatı Günü və Ümummilli Lider Heydər Əliyevin 102 illik yubileyi münasibətilə Sumqayıtda Ekoloji Aksiya keçirilib

Əsas səhifə / XƏBƏRLƏR / 8 May Ümumdünya Qızıl Xaç və Qızıl Aypara Hərəkatı Günü və Ümummilli Lider Heydər Əliyevin 102 illik yubileyi münasibətilə Sumqayıtda Ekoloji Aksiya keçirilib
 An environmental campaign dedicated to 8 May, the World Red Cross and Red Crescent Day and the 102nd anniversary of the birth of national leader Heydar Aliyev was held in Sumgayit

Ulu Öndər Heydər Əliyevin 102-ci ildönümü və 8 May Ümumdünya Qızıl Xaç və Qızıl Aypara Hərəkatı Günü münasibətilə Sumqayıt şəhərində ekoloji aksiya keçirilib. Aksiya, Novxanı dənizkənarı ərazisində təşkil olunmuş və ətraf mühitin mühafizəsi, ekoloji şüurun artırılması məqsədini daşıyıb. Tədbir çərçivəsində plastik və məişət tullantıları könüllülər tərəfindən təmizlənib. Aksiya Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 4 nömrəli Sahə İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin dəstəyi ilə həyata keçirilib. Nümayəndəliyin əməkdaşlarına göstərdikləri təşkilati dəstəyə görə təşəkkür edirik. Gələcəkdə də bu cür aksiyaların keçirilməsi planlaşdırılır.