8 may 2025-ci il tarixində Ümumdünya Qızıl Xaç və Qızıl Aypara Hərəkatı Günü münasibətilə keçirilən tədbir Xaçmaz rayonunda seldən zərər görmüş “Cığatay” kənd məktəbində baş tutub

Əsas səhifə / XƏBƏRLƏR / 8 may 2025-ci il tarixində Ümumdünya Qızıl Xaç və Qızıl Aypara Hərəkatı Günü münasibətilə keçirilən tədbir Xaçmaz rayonunda seldən zərər görmüş “Cığatay” kənd məktəbində baş tutub
 The event held on the occasion of 8 May - World Red Cross and Red Crescent Day took place in the flood-damaged "Jigatay" village school in the Khachmaz district

8 may 2025-ci il tarixində Ümumdünya Qızıl Xaç və Qızıl Aypara Hərəkatı Günü münasibətilə keçirilən tədbir Xaçmaz rayonunda seldən zərər görmüş “Cığatay” kənd məktəbində baş tutub. Tədbirdə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Xaçmaz rayon bölməsinin könüllüləri fəal iştirak ediblər. Onlar həm şagirdlərlə maarifləndirici fəaliyyətlər həyata keçirib, həm də məktəbdə aparılan bərpa işlərinə dəstək olublar. Aksiya həm humanitar dəyərlərin təşviqi, həm də təbiət hadisələrinin təsirinə məruz qalan icmalara dəstək məqsədi daşıyıb.