8 May Ümumdünya Qızıl Xaç və Qızıl Aypara Hərəkatı Günü və Ümummilli lider, AzQAC-ın Fəxri üzvü Heydər Əliyevin anadan olmasının 102 illik münasibətilə Nizami RB 1 saylı uşaq evində tədbir keçirilib

Əsas səhifə / XƏBƏRLƏR / 8 May Ümumdünya Qızıl Xaç və Qızıl Aypara Hərəkatı Günü və Ümummilli lider, AzQAC-ın Fəxri üzvü Heydər Əliyevin anadan olmasının 102 illik münasibətilə Nizami RB 1 saylı uşaq evində tədbir keçirilib
 The Nizami district branch of the Azerbaijan Red Crescent Socieyt held an event at Orphanage No. 1 to celebrate 8 May - World Red Cross and Red Crescent Day and the 102nd anniversary of the birth of Heydar Aliyev, national leader and honorary nember of the Azerbaijan Red Crescent Society

8 may 2025-ci il tarixində Nizami rayonu 1 saylı uşaq evində tədbir keçirilib.Tədbir Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü və eyni zamanda Ümumdünya Qızıl Xaç və Qızıl Aypara Hərəkatının yaranma günü münasibətilə təşkil olunub. Tədbirdə M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının nümayəndələri, Qızıl Aypara Cəmiyyəti Nizami rayon bölməsinin rəhbərliyi və könüllüləri iştirak edib. 1 saylı uşaq evinin müdiri Nərminə Zöhrabova müəssisədə görülən işlər barədə məlumat verərək  iştirakçıları uşaqların əl işləri ilə tanış etdi. Həmin əl işlərində böyük zəhmət və sevgi hiss olunub. Bakı Regional Mərkəzinin koordinatoru Rəna xanım çıxış edərək uşaqlarla sevincini bölüşdü və onlara xoşbəxt gələcək arzuladı. Tədbirin sonunda uşaqlara hədiyyələr təqdim olundu.