AzQAC-ın Cəbrayıl rayon bölməsinin könüllüləri Cəbrayıl rayonunun Minbaşlı kənd tam orta məktəbində İlk Yardım təlimi keçiriblər

Əsas səhifə / XƏBƏRLƏR / AzQAC-ın Cəbrayıl rayon bölməsinin könüllüləri Cəbrayıl rayonunun Minbaşlı kənd tam orta məktəbində İlk Yardım təlimi keçiriblər

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) Cəbrayıl rayon bölməsinin könüllüləri Cəbrayıl rayonunun Minbaşlı kənd tam orta məktəbində şagirdlər üçün maarifləndirici İlk Yardım təlimi keçiriblər. Təlim zamanı iştirakçılara təcili hallarda göstərilməsi vacib olan ilkin tibbi yardımın əsas prinsipləri, müxtəlif zədələr zamanı davranış qaydaları, huşsuzluq, qanaxma və yanıq hallarında ilk yardımın necə göstərilməsi praktiki nümunələrlə izah edilib.