AzQAC Nizami Rayon Bölməsi tərəfindən yardım aksiyası keçirilib
Əsas səhifə / XƏBƏRLƏR / AzQAC Nizami Rayon Bölməsi tərəfindən yardım aksiyası keçirilib
9 may 2025-ci il tarixində Azərbaycan Qızıl Aypara Cəmiyyəti Nizami
rayon bölməsində yardım paylanılıb. Azərbaycan Qızıl Aypara Cəmiyyəti Nizami
rayon bölməsində Ümummilli Lider Heydər Əliyevin 102-ci il dönümü münasibəti
ilə 100 nəfər şəhid, qazi , aztəminatlı ailələrə, əlillərə, kimsəsiz qocalara
ərzaq yardımı paylanılıb. Bakı Regional Mərkəzin koordinatoru Rəna İbrahimova
Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən, həm daxili, həm də xarici
siyasətdəki rolundan danışıb. Yardım alan insanlar hər zaman onlara göstərilən
diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildiriblər. Sonda bir neçə yataq
xəstəsi olan ehtiyaclı insanların evinə gedərək onlara da yardım qutuları
çatdırılıb.