Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatı Gününə həsr edilən maarifləndirici tədbir təşkil olunub

Əsas səhifə / XƏBƏRLƏR / Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatı Gününə həsr edilən maarifləndirici tədbir təşkil olunub

Bakı şəhəri, Nərimanov rayonunda yerləşən 82 saylı tam orta məktəbdə 8 May Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatı Gününə həsr edilən maarifləndirici  tədbir təşkil olunub. Tədbirdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin mütəxəssisi, AzQAC-ın Nərimanov Rayon Bölməsinin əməkdaşları, 7 saylı Uşaq Poliklinikasının həkimləri, məktəbin müəllimləri iştirak ediblər. AzQAC-ın “İcmaya əsaslanan sağlamlıq” proqramının mütəxəssisi Mətanət Qaraxanova BQXQACF yaranma tarixi, fundamental prinsipləri, fəaliyyət shələri və könüllü xidmət barədə geniş təqdimatla çıxış edib. Bununla yanaşı tədbir iştirakçılarına  AzQAC-ın sağlamlıq sahəsində fəaliyyətləri barədə  məlumatlar çatdırılıb.