AzQAC-ın Tovuz rayon bölməsi ekoloji aksiya keçirib

Əsas səhifə / XƏBƏRLƏR / AzQAC-ın Tovuz rayon bölməsi ekoloji aksiya keçirib

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) Tovuz rayon bölməsi tərəfindən Tovuz çayının sahilində genişmiqyaslı ekoloji iməcilik aksiyası təşkil edilib. Aksiyanın məqsədi ətraf mühitin qorunması, ictimaiyyətin ekoloji təmizliyə diqqətinin artırılması və gənclərdə ekoloji məsuliyyət hissinin gücləndirilməsi olub.
Tədbirdə Tovuz Rayon İcra Hakimiyyəti başçısının müavini, Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları, Gənclər və İdman İdarəsi, Tovuz Gənclər Evi, Tovuz Bələdiyyəsi, Veteranlar Birliyi, eləcə də AzQAC-ın Şəmkir, Gəncə, Gədəbəy və Qazax rayon bölmələrinin nümayəndələri fəal iştirak ediblər.
Birgə əməkdaşlıq çərçivəsində keçirilən aksiya zamanı Tovuz çayının sahilboyu ərazilərində tullantılar yığılaraq müvafiq qaydada utilizasiya edilib.