AzQAC Tərtər Rayon Bölməsi Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatı Gününə həsr edilən rəsm müsabiqəsi keçirib
Əsas səhifə / XƏBƏRLƏR / AzQAC Tərtər Rayon Bölməsi Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatı Gününə həsr edilən rəsm müsabiqəsi keçirib
AzQAC Tərtər Rayon
Bölməsi təşkilatçılığı ilə Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatı Gününə
həsr olunmuş rəsm müsabiqəsi tədbir baş tutub. Milli Qəhrəman Elman Hüseynov
adına Dəmir yumruq idman liseyinin kinkboks üzrə klubun azyaşlı uşaqları
tədbirdə iştirak edib. Tədbirdə eyni zamanda AzQAC Tərtər Rayon Bölməsinin
sədri Etibar Heydərov və liseyin direktoru Şamxal Rəfizadə çıxış edib. İştirak
edən 18 azyaşlının hər birinə ofis ləvazimatları və sertifikat təqdim olunub.