AzQAC-ın vitse prezidenti Qafar Əsgərzadə Cəmiyyətə daxil olan yeni könüllülərlə görüş keçirib
Əsas səhifə / XƏBƏRLƏR / AzQAC-ın vitse prezidenti Qafar Əsgərzadə Cəmiyyətə daxil olan yeni könüllülərlə görüş keçirib
O, çıxışında Azərbaycan Qızıl Aypara Cəmiyyətində mövcud olan könüllülük həyatında onlara cəmiyyət rəhbərliyi tərəfindən göstərilən diqqət və qayğıdan söz açıb. Görüş zamanı gənclərin, xüsusən könüllülərin müxtəlif səpkili sosial layihələrdə iştiraki, gələcək planları və cəmiyyətin fəaliyyətindəki rolu müzakirə olunub. Könüllülər öz təşəbbüsləri ilə daha fəal olmağa hazır olduqlarını bildirərək Cəmiyyətin tədbirlərində işdirak edəcəklərində məmnunluqlarını ifadə ediblər. Tədbir səmimi və məhsuldar mühitdə keçib, könüllüləri maraqlandıran suallara ətraflı cavab verilib.