2025- ci il mayın 15-də AzQAC-ın Qazax rayon bölməsinin FMKD-nin üzvləri
Cəmiyyətin 105 illiyi ilə bağlı Qazax
rayonunun Xanlıqlar kənd orta məktəbində bir qrup şagirdlərə İlk Yardım üzrə təlim
təşkil edib. Tədbirin
əsas məqsədi FMKD AzQAC-nın bölmələri tərəfindən təqdim olunan İlk yardım xidmətlərinin
mövcudluğunu nümayiş etdirməkdir. Tədbir zamanı könüllülər iştirakçılara İlk yardımın
əsasları ,suni tənəffüs , bərpa vəziyyəti, tənəffüs yollarının
tutulması,qanaxma, sınıqlar, zəhərlənmələr və yanıqlara dair mövzular ətrafında
geniş məlumat verib. Sonda şagirdlərə praktiki
məşğələlər nümayiş etdirilib.