16 may
2025-ci il tarixində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Xocavənd rayon bölməsinin
təşəbbüsü və “Vineyard Azərbaycan” Xristian Dini İcmasının təşkilati dəstəyi ilə
aztəminatlı ailələrə və Xocavənd rayonu M. Mehdizadə adına tam orta məktəbin
III sinif şagirdlərinə yardım aksiyası həyata keçirilib.
Aksiya çərçivəsində
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin təqdim etdiyi geyimlər, ərzaq məhsulları və
şirniyyatlar, eləcə də “Vineyard Azərbaycan” Xristian Dini İcmasının dəstəyi ilə
“Samaritan’s Purse” təşkilatı tərəfindən göndərilən hədiyyələr uşaqlara
paylanılıb. Tədbirdə iştirak edən təşkilat üzvləri uşaqlarla müxtəlif maarifləndirici
mövzularda söhbətlər apararaq onların suallarını cavablandırıblar.