Miqrant uşaqlar və valideynlər Dünya Muzey Günündə Xalça Muzeyində
Əsas səhifə / XƏBƏRLƏR / Miqrant uşaqlar və valideynlər Dünya Muzey Günündə Xalça Muzeyində
18 may 2025-ci il tarixində Beynəlxalq Muzey Günü münasibətilə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Miqrasiya şöbəsi tərəfindən təşkil olunan ekskursiya çərçivəsində əcnəbi miqrant ailələr Xalça Muzeyini ziyarət ediblər. Azərbaycan dili müəllimi Sona Hacıyevanın müşayiətilə 10-a yaxın miqrant uşaq və valideyn eksponatlarla tanış olaraq Azərbaycanın qədim xalçaçılıq ənənələri və milli mədəniyyəti haqqında məlumat alıblar. Ekskursiya iştirakçıları sərbəst giriş imkanı sayəsində muzeydə sərgilənən milli geyimlər, məişət əşyaları və sənət nümunələrinə böyük maraq göstəriblər. Tədbirin sonunda onlar Dənizkənarı parkda gəzərək, belə səfərlərin cəmiyyətə inteqrasiyada mühüm rol oynadığını bildirib və təşkilatçılara təşəkkür ediblər.