AzQAC-ın İdarəetmə Şurasının geniş tərkibdə iclası keçirilib

Əsas səhifə / XƏBƏRLƏR / AzQAC-ın İdarəetmə Şurasının geniş tərkibdə iclası keçirilib
 Meeting of the Management Board of the Azerbaijan Red Crescent Society was held

2025 ci il mayın 19-da Azərbaycan Qızıl Aypara Cəmiyyətinin İdarəetmə Şurasının geniş tərkibdə iclası keçirilib. İclası giriş sözü ilə açan Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, Milli Məclisin deputatı Novruz Aslanov iştirakçıları salamlayıb və iclasın gündəliyini təqdim edib. Sonra gündəlikdəki məsələlərin müzakirəsinə başlanılıb. Novruz Aslanov  Azərbaycan QAC-ın 2025-cü il üzrə fəaliyyət istiqamətləri  ilə bağlı  məruzə edib. Çıxışında xüsusilə, Cəmiyyətin fəaliyyət istiqamətlərindən, ehtiyaclı vətəndaşlara və fövqəladə hallar zamanı zərərçəkən vətəndaşlara göstərilən müxtəlif növ yardımlar barədə fikirlərini bildirib.  8 may “Ümumidünya Qızıl Xaç və Qızıl Aypara günü” münasibəti ilə keçirilən tədbirlərin yekunu haqqında məlumat verib. Daha sonra 2026-2030-cü illər üçün Strateji İnkişaf planının  istiqamətlərini müəyyən edilməsi haqqında İcraçı katib C.Mirzəyevin məruzəsi dinlənilib.

Daha sonra  təşkilatın gələcək fəaliyyət istiqamətləri, hədəfləri haqqında və 1 İyun “Beynəlxalq Uşaqların müdafiəsi Günü” nə həsir olunmuş tədbirlər hazırlığına dair məruzələr dinlənilib.
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti Novruz Aslanov AzQAC-ın bu müddət ərzindəki fəaliyyətinə müsbət qiymət verərək, gələcəkdə strateji plana uyğun olaraq görüləcək işlərdə  uğurlar qazanılacağına ümidvar olduğunu bildirib.
İclasda həmçinin, son günlər ayrı-ayrı sosial şəbəkələrdə Cəmiyyətlə bağlı qərəzli, əsassız, böhtan xarakterli yazılarla bağlı müvafiq bəyanatın qəbul edilməsi təklif olundu. Məsələ ilə bağlı AzQAC-ın prezidenti N.Aslanov, vitse-prezident Q.Əsgərzadə, İdarəetmə Şurasının üzvləri İ.Qaraşov, M.Məhərrəmova, Ş.Kərimova, B.Ağamirzəyev və başqaları çıxış edərək bəyanatın mətninə  öz təkliflərini irəli sürdülər. Yekun olaraq, rəy və təkliflər nəzərə alınmaqla Azərbaycan QAC İdarəetmə Şurasının bəyənatı qəbul edildi və onun KİV- də yayılması tövsiyyə olundu.