Təcrübəni başa vuran tələbələrlə görüş keçirilib

Əsas səhifə / XƏBƏRLƏR / Təcrübəni başa vuran tələbələrlə görüş keçirilib
 Meeting held with students who have completed their internships at the Azerbaijan Red Crescent Society

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin vitse-prezidenti Qafar Əsgərzadə təşkilatda fevral ayından başlanan istehsalat təcrübəsi keçən tələbələrlə yekun görüşdə iştirak edib. Görüş zamanı o, bir daha təcrübə müddətində tələbələr üçün yaradılmış hərtərəfli şəraiti xatırladaraq, onların bu müddətdə göstərdiyi fəallıq və peşəkar yanaşmanı yüksək qiymətləndirib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Vitse-prezident çıxışı zamanı Qızıl Ayparanın humanitar dəyərlərə əsaslanan missiyasından bəhs edərək, gənc nəsilə iş fəaliyyətinin vacibliyini və onların bu prosesə cəlb olunmasının gələcək üçün mühüm addım olduğunu vurğulayıb. O bildirib ki, tələbələrin təcrübə müddətində əldə etdikləri bilik və bacarıqlar onların gələcək şəxsi inkişafına mühüm töhfə verəcəkdir.
Azərbaycan Qızıl Aypara Cəmiyyəti gənclərin inkişafına yönəlmiş bu cür təşəbbüsləri gələcəkdə də davam etdirməyi planlaşdırır. Təcrübəçi – tələbələr onlar üçün yaradılmış şəraitə, diqqət və qayğıya görə AzQAC rəhbərliyinə və kollektivinə öz təşəkkürlərini bildiriblər.