AzQAC Şəmkir Rayon Bölməsi tərəfindən imkansız ailələrə ərzaq və maddi yardımlar paylanılıb
Əsas səhifə / XƏBƏRLƏR / AzQAC Şəmkir Rayon Bölməsi tərəfindən imkansız ailələrə ərzaq və maddi yardımlar paylanılıb
21 may
2025-ci il tarixində AzQAC-ın Şəmkir Rayon Bölməsi tərəfindən sosial dəstək tədbirləri
çərçivəsində aztəminatlı ailələrə ərzaq və maddi yardımlar paylanılıb. Yardım
kampaniyasının məqsədi ehtiyac sahibi ailələrin həyat şəraitinin
yaxşılaşdırılmasına töhfə verməkdir. Ümumilikdə onlarla ailə müxtəlif ərzaq məhsulları
və gündəlik tələbat malları ilə təmin olunub. Aksiyada iştirak edən ailələr
göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər. Sosial
yönümlü bu kimi təşəbbüslərin gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.