AzQAC “Qadın və uşaqların sağlamlığının qorunması” mövzusunda humanitar aksiya keçirib
Əsas səhifə / XƏBƏRLƏR / AzQAC “Qadın və uşaqların sağlamlığının qorunması” mövzusunda humanitar aksiya keçirib
2025-ci ilin mayın 22-də Azərbaycan Qızıl Aypara Cəmiyyətinin
baş ofisində AzQAC-ın 105 illik Yubileyinə həsr edilmiş humanitar aksiya
keçirilib. Aksiya AzQAC-ın Sağlamlıq və Qayğı həmçinin, Miqrasiya şöbələrinin
birgə əməkdaşlığı və Cəmiyyətlə əməkdaşlıq edən “Güvən dayə” xidməti MMC,
“Bella gigiyenik baxım ləvazimatları” şirkətinin dəstəyi nəticəsində baş tutub.
Tədbirin əsas məqsədi miqrant ailələrindən olan qadınların, uşaqların maarifləndirilməsi
və tibbi müayinəsi olmuşdur. Tədbirdə 30
nəfər qadın və 23 uşaq iştirak edib. AzQAC-ın
Sağlamlıq və Qayğı şöbəsinin müdiri Səbinə
Məhbubi-İran tədbir iştirakçılarını
salamlayaraq tədbirin əsas mahiyyətini açıqlayıb. AzQAC-n “İcmaya əsaslanan
sağlamlıq” proqramının mütəxəssisi Mətanət Qaraxanova “Qadın və uşaqların
sağlamlığının qorunması” ilə bağlı məlumatları təqdim edib. AzQAC-ın miqrasiya şöbəsinin mütəxəssisi Sona Hacıyeva
Cəmiyyətin miqrant ailələrinə mütamadi dəstəklə
bağlı fəaliyyətlər barədə çıxış edib. Sonra
isə maarifləndirmə çərçivəsində, “Qadın və gənc qızların iş təcrübəsinə dəstək”, “Qadın və qızların gigiyenası” mövzularına
aid məlumatlar təqdim edilib. Tədbirin
ikinci hissəsində isə AzQAC-ın könüllü
sağlamlıq işçiləri pediatrlardan H.Ələvsərova, İ.Rüstəmbəyli, S.Bağırova,
V.Əliyeva, G.Nəcəfova, S.Məmmədova, S.Bağırova və tibb bacısı M.İsrafilova tərəfindən tədbir iştirakçıları arasında müayinələr həyata keçirilib. Bununla yanaşı iştirakçılar arasında onların
sağlamlıq vəziyyətinin qiymətləndirilməsi məqsədilə ÜST-nın Sağlamlıq sorğusu (PHQ-9), Beynəlxalq
Uşağın inkişafının dəstəklənməsi və izlənməsinə dair (İDİR) və UAFA-nın uşaq
inkişafına dair sorğuları əsasında iş aparılıb. Müayinənin və aparılan qiymətləndirmələrin
nəticəsində aşkar olunmuş problemlərə dair iştirakçılara lazımi tövsiyələr verilməsi ilə yanaşı, onlara
əlavə laborator müayinələr üçün tibb müəsssisələrinə müraciət edərək əlavə konsultasiyanın alınması tövsiyə olunub.
Tədbir geniş şəkildə AzQAC-in informasiya
şöbəsi tərəfindən işıqlandırılıb. İştirakçılar tədbirin təşkilatçılarına öz təşəkkürünü
bildiriblər. Sonda hər ailəyə “Friso Gold”-dan və “Seni” təşkilatlarından təqdim
olunan hədiyyələr paylanılıb.