AzQAC Sumqayıt Şəhər Bölməsində təcrübəni başa vuran tələbələr ilə görüş keçirilib

Əsas səhifə / XƏBƏRLƏR / AzQAC Sumqayıt Şəhər Bölməsində təcrübəni başa vuran tələbələr ilə görüş keçirilib
 A meeting was held with students who had completed their internship at the Sumgayit City Branch of the Azerbaijan Red Crescent Society

23 may 2025-ci il tarixində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Sumqayıt şəhər bölməsində Sumqayıt Dövlət Universitetinin tələbələrinin 3 aylıq təcrübə müddətinin başa çatması münasibətilə görüş keçirilib. Tədbiri giriş sözü ilə açan Azərbaycan Qızıl Aypara Cəmiyyəti Sumqayıt Regional Mərkəzinin koordinatoru Mətanət Məhərrəmova tələbələrin təcrübə müddətində göstərdikləri fəaliyyətlər haqqında danışıb. Daha sonra bölmə sədri Şəhriyar Əliyev və sədr müavini Lalə Cəlilzadə də tələbələr haqqında öz fikirlərini bildirərək onlara uğurlar arzulayıblar. Təcrübə müddətində daha çox aktiv fəallığı ilə seçilən tələbələr Təşəkkürnamə ilə təltif olunub.