Minalar və partlamamış hərbi sursatlar (PHS) təhlükələrinə dair maarifləndirici sessiyalar

Əsas səhifə / XƏBƏRLƏR / Minalar və partlamamış hərbi sursatlar (PHS) təhlükələrinə dair maarifləndirici sessiyalar
 Awareness sessions on the dangers of mines and unexploded ordnance (UXO)

2024-cü ilin yanvar ayından etibarən Azərbaycan Qızıl Aypara Cəmiyyəti "Risklər barədə maarifləndirmə və təhlükəsiz davranış" mövzusunda sessiyalara start verib. Sessiyaların əsas məqsədi keçmiş təmas xəttinə yaxın bölgələrdə mina və partlamamış hərbi sursatlar (PHS) barədə məlumatlılığı artırmaq və riskləri azaltmaqdır. Maarifləndirmə Qazax, Gədəbəy, Tovuz, Daşkəsən, Goranboy, Tərtər, Ağdam, Bərdə, Füzuli, Cəbrayıl rayonlarında və Bakı şəhərində "Qapı-qapı" və "Məktəb" formatında həyata keçirilir. Sessiyalarda xəbərdaredici nişanlar, broşürlər, əyani vəsaitlər paylanır, təhlükə zamanı əlaqə saxlanılacaq qurumlar barədə məlumat verilir. Xüsusi təlim keçmiş könüllülər və əməkdaşlar tərəfindən keçirilən sessiyalara indiyədək 105.000 nəfər cəlb olunub. Əhali tərəfindən müsbət qarşılanan bu fəaliyyətlərdə ANAMA və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin verdiyi dəstəyə görə təşəkkür edirik.