AzQAC Tovuz Rayon Bölməsi 1 “İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü” ilə bağlı tədbir keçirib

Əsas səhifə / XƏBƏRLƏR / AzQAC Tovuz Rayon Bölməsi 1 “İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü” ilə bağlı tədbir keçirib
 The Tovuz district branch of the Azerbaijan Red Crescent Society held an event to celebrate International Children's Day on 1 June

2025-ci il iyunun 1-də Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Tovuz Rayon Bölməsi tərəfindən 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bayram tədbiri təşkil olunub. Tədbirin keçirilməsində əsas məqsəd, uşaqlara mənəvi dəstək göstərmək, onların sevincinə şərik olmaq, diqqət və qayğı ilə əhatələnmələrinə töhfə vermək olub. Bu əlamətdar gündə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin könüllülər uşaqlarla görüşüblər, onlarla ünsiyyət qurublar, müxtəlif əyləncəli anlar yaşadıblar. Tədbir zamanı uşaqlara xüsusi hazırlanmış bayram hədiyyə bağlamaları təqdim olunub.