AzQAC-ın əməkdaşları Qaradağda yeniyetmə qızlar üçün sağlamlıq mövzusunda seminar keçirib
Əsas səhifə / XƏBƏRLƏR / AzQAC-ın əməkdaşları Qaradağda yeniyetmə qızlar üçün sağlamlıq mövzusunda seminar keçirib
2025-ci il iyunun 2-də AzQAC-in təşəbbüsü ilə Qaradağ rayonu Qaragüz qəsəbəsindəki 197 saylı tam orta məktəbdə “Qadın sağlamlığının qorunması. Reproduktiv sağlamlıq” mövzusunda maarifləndirici seminar təşkil olunub. Tədbirdə AzQAC Qaradağ Rayon Bölməsinin sədri Niyazi Eyvazov və Sağlamlıq və Qayğı şöbəsinin müdiri Səbinə Məhbubi-İran iştirak edərək yeniyetmə qızların sağlamlığının qorunmasının vacibliyini vurğulayıblar. “İcmaya əsaslanan sağlamlıq” proqramının mütəxəssisi Mətanət Qaraxanova sağlam həyat tərzinin təbliğinin əhəmiyyətindən danışıb. Tədbirdə həmçinin “Bella” şirkətinin nümayəndəsi qızlara gigiyena və sağlamlıqla bağlı faydalı məlumatlar təqdim edib. Seminarda 100 nəfərdən çox 6–11-ci sinif şagirdi və müəllimlər iştirak edib