AzQAC-ın Miqrasiya şöbəsində miqrant müdavimlərlə psixo-sosial dəstək və ilk yardım yönümlü seminar keçirilib

Əsas səhifə / XƏBƏRLƏR / AzQAC-ın Miqrasiya şöbəsində miqrant müdavimlərlə psixo-sosial dəstək və ilk yardım yönümlü seminar keçirilib
 The Migration Department of the Azerbaijan Red Crescent Society held a seminar on psychosocial support and first aid for migrant students of the Azerbaijani language course

 Bu günlərdə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Baş Qərargahında Miqrasiya şöbəsinin Azərbaycan dili kursunun əfqan şagirdləri ilə növbəti dərsdən sonra  onlara psixo-sosial dəstək yönümlü seminar keçirilib. Psixoloq-mütəxəssis Nigar Qədəşova miqrant xanımlarla interaktiv sorğu apararaq onları narahat edən, onlara çətinlik yaradan məsələlərlə bağlı söhbət edib. Söhbət əsnasında məlum olub ki,  ailə məişət qayğıları və gündəlik problemlər  onlarda əsəbilik və stress  yaradır.  Belə hallar da onlarda baş ağrıları, yuxusuzluq, depressiya və qan təzyiqi kimi ciddi hallara səbəb olur. Sonra İlk Yardım mütəxəssisi həkim Şahin Biləndərli onlara gündəlik həyatlarında başlarına gələbiləcək hadisələr (yanıqlar, çıxıq və sınıqlar, burun qanaxmaları, yıxılmalar və zədələnmələr, arı və digər həşarat sancmalar və s) zamanı ilkin yanaşmalar və yardımların göstərilməsindən danışıb. Onların qan təzyiqləri ölçülərək bəzi məsləhətlər verilib. Sağlamlıq və Qayğı şöbəsində İcma əsaslı  proqramın əməkdaşı Sona Hacıyeva məktəb valideyn komitələrinin işi və valideynlərin üzərinə düşən məsuliyyətdən söz açıb. Seminarda 20 miqrant iştirak edib. Seminar miqrantları maraqlandıran suallara hərtərəfli cavablar verilməklə başa çatıb. Sonda onlara çay süfrəsi təşkil edilib və səhiyyə maarifi məlumat kitabçaları,bukletlər paylanılıb. Miqrant ana Gültovuz Hakimi  bu seminarın onlar üçün çox vacib olduğunu və maraqlı məlumatlar aldıqlarını və bunun üçün Azərbaycan Qızıl Aypara Cəmiyyətinə minnətdar olduqlarını bildiriblər.