AzQAC Cəbrayıl Rayon Bölməsi və FMKD birgə təşkilatçılığı ilə “Xudafərin” futbol klubunun üzvlərinə İlk Yardım təlimi keçirilib
Əsas səhifə / XƏBƏRLƏR / AzQAC Cəbrayıl Rayon Bölməsi və FMKD birgə təşkilatçılığı ilə “Xudafərin” futbol klubunun üzvlərinə İlk Yardım təlimi keçirilib
Azərbaycan Qızıl Aypara Cəmiyyəti Cəbrayıl rayon bölməsinin Fövqəladə
Mobil Könüllü Dəstəsi (FMKD) və Cəbrayıl rayon İcra hakimiyyətinin təşkilatçılığı
ilə "Xudafərin" futbol klubu U-13, U-14 yaşda olan futbolçularına İlk
Yardım təlimi keçirib. Təlimdə iştirakçılara təcili tibbi yardımın əsas
prinsipləri və tətbiq qaydaları izah olunub. Tədbirin məqsədi qəza və fövqəladə
hallarda ilkin müdaxilə bacarıqlarını artırmaq olub.