AzQAC-ın Baş Qərargahında geniş tərkibli iclas keçirilib

Əsas səhifə / XƏBƏRLƏR / AzQAC-ın Baş Qərargahında geniş tərkibli iclas keçirilib
 An expanded meeting was held at the headquarters of the Azerbaijan Red Crescent Society

2025-ci il iyunun 13-də Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Baş Qərargahında geniş tərkibdə iclas keçirilib. İclası giriş sözü ilə açan Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, Milli Məclisin deputatı Novruz Aslanov iştirakçıları salamlayıb və gündəlik məsələlərin müzakirəsinə başlanılıb.  Çıxışında xüsusilə, Cəmiyyətin fəaliyyət istiqamətlərindən, ehtiyaclı insanlara, fəlakətlər və böhranlar  zamanı zərərçəkən vətəndaşlara göstərilən zəruri yardımlar barədə fikir mübadiləsi aparılıb. Həmçinin, fövqaladə hallar zamanı baş verə biləcək hər hansı bir hadisədə tez və operativ cavabvermə tədbirlərinin həyata keçirilməsinin vacibliyini vurğulayıb.