AzQAC Sumqayıt Regional Mərkəzin FMKD üzvləri Abşeron rayonunda kompleks mülki müdafiə təlimində iştirak edib
Əsas səhifə / XƏBƏRLƏR / AzQAC Sumqayıt Regional Mərkəzin FMKD üzvləri Abşeron rayonunda kompleks mülki müdafiə təlimində iştirak edib
Fövqəladə Hallar Nazirliyinin Sumqayıt
Regional Mərkəzinin təşkilatçılığı ilə Abşeron rayonunda “İrimiqyaslı fövqəladə
hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və
qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda kompleks mülki müdafiə
təlimi keçirilib. Təlimdə Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional
Mərkəzinin rəisi polkovnik Vaqif Fətullayev, Abşeron Rayon İcra Hakimiyyəti
başçısının birinci müavini, rayon Fövqəladə Hallar Komissiyasının (FHK) sədri
Yusif Sadıqov, FHN-in aidiyyəti qurumlarının nümayəndələri, FHK və İcra
Hakimiyyətinin Mülki müdafiə qərargahı, rayonun mülki müdafiə xidmətləri, ərazi
və obyekt mülki müdafiə dəstələri, idarə, müəssisə və təşkilatların rəhbərləri,
mülki müdafiə sahəsində cavabdeh şəxslər, AzQAC Sumqayıt Regional Mərkəzin
Fövqəladə Mobil Könüllü Dəstə üzvləri iştirak ediblər. Təlim zamanı rayonun
mülki müdafiə qüvvələri fövqəladə hadisənin baş verməsi barədə rayon
rəhbərliyinin, FHK-nın və mülki müdafiə idarəetmə orqanlarının xəbərdar edilməsi,
rayonun mülki müdafiə idarəetmə orqanlarının, mülki müdafiə xidmətlərinin və
ərazi üzrə mülki müdafiə qüvvələrinin yüksək hazırlıq vəziyyətinə gətirilməsi,
şəxsi heyətin “xəbərdarlıq toplanış” siqnalı üzrə fəaliyyəti, ərazinin
kəşfiyyatının aparılması, məlumatların toplanması və təhlilinin aparılması,
görüləcək qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin müəyyən edilməsi və
təşkili yerinə yetirilib. Ümumilikdə, təlimə 177 nəfərdən ibarət şəxsi heyət və
30 ədəd texnika cəlb edilib.