Əməkdaşlar Bərdə rayonuna səfər ediblər

Əsas səhifə / XƏBƏRLƏR / Əməkdaşlar Bərdə rayonuna səfər ediblər
 A group of staff members from the Azerbaijan Red Crescent Society visited the Barda district

2025-ci il İyunun 13-də AzQAC-ın Sağlamlıq və Qayğı şöbəsinin əməkdaşları AzQAC-ın Bərdə rayon bölməsinə baş çəkiblər. Əsas məqsəd bölqənin işçi və könüllü heyəti ilə 14 İyun, Qan Donorluğu gününə həsr edilmiş məlumat mübadiləsini aparmaq, Sağlamlıq və Qayğı sahəsinin strateji istiqamətləri ilə tanış etmək, fəaliyyətləri müzakirə etmək olub.
Sağlamlıq və Qayğı şöbəsinin müdiri Səbinə xanım görüşün əsas məqsədini səsləndirərək, eyni zamanda könüllülərə müxtəlif imkanlardan istifadə edib əhalinin sağlamlığına dair məlumatların yayılmasında, tədbirlərin təşkil olunmasında və eyni zamanda sağlamlıq sahəsində hansı biliklərə ehtiyacın olunmasınıda könüllüləri fəal iştirak etməyə çağırmışdır. Bu sahədə AzQAC tərəfindən lazımlı köməkliyin göstərilməsini onların diqqətinə çatdırılmışdır.
İlk Yardım təlimlərində könüllülərin aktiv iştirakları vürğulanmış və yaxşı qiymətləndirilmişdir.
 AzQAC-ın “İcmaya əsaslanan sağlamlıq” proqramının mütəxəssisi Mətanət Qaraxanova könüllülərə 14 İyun Qan Donorluğu Günü və ümumiyyətlə qan donorluğu haqqında (tarıx, müsbət tərəflər, kimin qan donoru olması icazə verilir və s.) ətraflı məlumat təqdim etmişdir. Təqdimatın sonunda iştirakçıların bütün sualları ətraflı cavablandırılmişdir.
Bərdə bölməsinin rəhbərliyi və könüllüləri belə bir məzmunlu təqdimata görə  təşəkkür edib, bu kimi görüşlərin tez tez təşkil olunması arzularını səslənidirmişlər.