AzQAC-ın prezidenti Novruz Aslanov İsmayıllının Ruşan kəndində sakinləri qəbul edib

Əsas səhifə / XƏBƏRLƏR / AzQAC-ın prezidenti Novruz Aslanov İsmayıllının Ruşan kəndində sakinləri qəbul edib
 The President of the Azerbaijan Red Crescent Society, Dr Novruz Aslanov, received residents of Rushan village in the Ismayilli district

2025-ci il iyunun 19-da Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, Milli Məclisin deputatı Novruz Aslanov İsmayıllı rayonunda sakinlərlə növbəti görüş keçirib. Tədbir zamanı vətəndaşları narahat edən sosial yönümlü məsələlər və şəxsi müraciətlər müzakirə olunub. Xüsusilə Vəng kəndinin sakinləri təbii qaz təminatında yaşanan bəzi problemləri deputatın diqqətinə çatdırıblar. Novruzəli Aslanov sakinlər tərəfindən qaldırılan sosial xarakterli məsələləri və fərdi müraciətləri qeydə alaraq, onların həlli üçün aidiyyəti qurumlar qarşısında təcili şəkildə məsələ qaldıracağını bildirib. AzQAC-ın prezidenti Novruz Aslanovun keçirdiyi görüşdə Ruşan və Vəng kəndlərinin sakinləri, eləcə də rayon ictimaiyyətinin nümayəndələri çıxış edərək, ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya İsmayıllı rayonuna göstərilən diqqət və qayğıya görə dərin minnətdarlıqlarını ifadə ediblər.