Miqrantlarla tarixi məkana səfər

Əsas səhifə / XƏBƏRLƏR / Miqrantlarla tarixi məkana səfər

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Miqrasiya şöbəsi ölkədə yaşayan xarici məcburi köçkün  və miqrantların cəmiyyətə inteqrasiyasına dəstək göstərərək onların yaşayış imkanlarını yaxşılaşdırmaq məqsədilə mütəmadi olaraq onlarla tədbirlər, görüşlər, tarixi yerlərə səfərlər təşkil  edir. Cəmiyyət tərəfindən təmənnasız olaraq təşkil olunmuş Azərbaycan dili kursunun miqrant müdavimləri bu fəaliyyətin əsas hədəf obyektidirlər. Miqrantlara AzQAC-ın  Azərbaycan dili müəlliməsi Sona Hacıyeva  bu dəfə də 20 nəfər miqrantı onların arzusu ilə Siyəzən rayonu, Qalaşıxı kəndindəki ”Beşbarmaqdağı” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğuna səfərini təşkil edib. Zirvədən görünən dəniz mənzərəsi və ətraf kəndlərin füsunkar təbiəti  miqrant şagirdləri çox heyran edib.