“Fundamental prinsiplərin 60 illiyi: Humanitar fəaliyyət üçün yeni çağırışlar” mövzusunda tədbir keçirilib

Əsas səhifə / XƏBƏRLƏR / “Fundamental prinsiplərin 60 illiyi: Humanitar fəaliyyət üçün yeni çağırışlar” mövzusunda tədbir keçirilib
 An event was held on the theme of the '60th anniversary of the fundamental principles: New Challenges for Humanitarian Action"

İtaliyanın Salfareno şəhərində Qızıl Xaç, Qızıl Aypara və Qızıl Kristal simvollarının yaranmasının 60 illiyinə həsr edilmiş “Fundamental prinsiplərin 60 illiyi: Humanitar fəaliyyət üçün yeni çağırışlar” mövzusunda yüksək səviyyəli tədbir təşkil olunub.
 
“Fundamental prinsiplərin 60 illiyi: Humanitar fəaliyyət üçün yeni çağırışlar” adlı bu beynəlxalq tədbir İtaliya Qızıl Xaçı tərəfindən təşkil edilib və seçilmiş milli cəmiyyətlərin prezidentləri və baş katibləri üçün nəzərdə tutulub. Toplantının əsas məqsədi humanitar prinsiplərin müasir çağırışlar fonunda aktuallığının bir daha vurğulanması və emblem sisteminin beynəlxalq hüquq çərçivəsində qorunmasının və əhəmiyyətinin diqqətə çatdırılması olub.
 
Tədbirdə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin baş katibi Ceyhun Mirzəyev də iştirak edib. O, çıxışında emblemlərin təhlükəsizliyinin və onların mənəvi dəyərinin qorunmasının, habelə bu simvolların humanitar missiyanı təmsil edən əsas vasitə kimi qəbul edilməsinin vacibliyini vurğulayıb.
 
Tədbir çərçivəsində həmçinin fundamental prinsiplərin – insanlıq, qərəzsizlik, neytrallıq, müstəqillik, könüllülük, həmrəylik və universallığın bugünkü humanitar çağırışlar fonunda daha da aktuallaşdığı vurğulanıb və bu prinsiplərin beynəlxalq ictimaiyyət tərəfindən geniş şəkildə dəstəklənməsinin zəruriliyi diqqətə çatdırılıb.