Lənkəran şəhərində Ümumdünya Qan Donorluğu Gününə həsr edilən seminar keçirilib

Əsas səhifə / XƏBƏRLƏR / Lənkəran şəhərində Ümumdünya Qan Donorluğu Gününə həsr edilən seminar keçirilib

Lənkəran şəhərində patronaj xidmət göstərən tibb bacıları üçün  AzQAC-ın sağlamlıq proqramı çərçivəsində "Ana və uşaqların sağlamlığı", Ümumdünya Qan donor günü" ilə bağlı maarifləndirici seminar Cəmiyyətin “İcmaya əsaslanan sağlamlıq” proqramının mütəxəssisi Mətanət Qaraxanova tərəfindən keçirilib. Tədbirdə ümumilikdə 30 nəfər iştirak etmişdir. Bununla yanaşı 2024-cü ildə iyun-avqust aylarında Lənkəranda Türk Qızıl Ayının dəstəyi ilə “Sevgi boxçası” layihəsində iştirak edən 4 nəfər kənd tibb məntəqələrində çalışan tibb bacılarına “Təşəkkürnamə”lər təqdim edilib. Tədbirdə qadınlar üçün “Seni" şirkətinin gigiyenik baxım barədə məlumatları təqdim edilərək, kiçik hədiyyələr paylanılıb.