24 iyun 2025 -ci il tarixində
AzQAC-ın "İcmaya əsaslanan sağlamlıq" proqramı çərçivəsində "Qadın
və uşaqların sağlamlığının qorunması" ilə bağlı Azərbaycan Qızıl Aypara Cəmiyyətinin
Bakı Regional Mərkəzində aksiya baş tutub. Təbdirin əsas məqsədi aztəminatlı
ailələrdən olan qadın və uşaqların sağlamlıqla bağlı maarifləndirməsi və tibbi
müayinəsi olub.
AzQAC- ın 5 nəfər sağlamlıq
işçisi tərəfindən 10 nəfərdən olan uşaq və qadına müayinə həyata keçirilib.
Bununla yanaşı iştirakçılar arasında onların sağlamlıq vəziyyətinin
qiymətləndirilməsi üçün ÜST - ün sağlamlıq sorğusu əsasında aparılıb.
Müayinənin və aparılan
qiymətləndirmələrin nəticəsində aşkar olunmuş problemlərə dair iştirak edənlərə
lazımı tövsiyyələr verilməsi ilə yanaşı , onlara əlavə laborator müayinələr
üçün tibb müəssisələrinə müraciət və əlavə konsultasiyanın alınması tövsiyə
olunub. Sonda hər ailəyə "Friso Gold" - dan və "Seni"
şirkətlərinin və həmçinin, Azərbaycan Qızıl Aypara Cəmiyyəti Nizami rayon
bölməsinin də hədiyyələri paylanılıb.