Miqrant müdavimlər Şəhidlər Xiyabanını ziyarət ediblər

Əsas səhifə / XƏBƏRLƏR / Miqrant müdavimlər Şəhidlər Xiyabanını ziyarət ediblər

25 iyun 2025-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri Günü ərəfəsində AzQAC-ın bir qrup miqrant tələbələri müəllimə Sona Hacıyevanın təşəbbüsü ilə Şəhidlər Xiyabanını ziyarət edib. Onlar şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad edib, Əbədi Məşəl önündə ehtiramlarını göstəriblər. Ziyarət zamanı 20 Yanvar şəhidlərinin də məzarları önünə baş çəkilib, müəllimə Sona Hacıyeva iştirakçılara Azərbaycanın mübarizə tarixi haqqında məlumat verib. Ekskursiya Funikulyor, Dənizkənarı park və İçərişəhər gəzintisi ilə davam edib. Miqrantlar belə səfərlərin cəmiyyətə inteqrasiya olunmalarının əhəmiyyətini vurğulayaraq Azərbaycan Qızıl Aypara Cəmiyyətinə və müəllimə Sona Hacıyevaya təşəkkür ediblər.