AzQAC-ın Nərimanov Rayon Bölməsinin sədri vəfat edib
Əsas səhifə / XƏBƏRLƏR / AzQAC-ın Nərimanov Rayon Bölməsinin sədri vəfat edib
26 iyun 2025-ci il tarixində Esmira Sadıxova dünyasını dəyişib. O, illərini təhsilə, uşaqlara və sosial işə həsr etmiş bir insan olub. Esmira 2 sentyabr 1975-ci ildə Bakı şəhərində anadan olub. 1982-ci ildə 177 saylı məktəbin birinci sinifinə daxil olub və 1992-ci ildə həmin məktəbi bitirib. Elə həmin ildən əmək fəaliyyətinə başlayıb və 1994-cü ilə qədər doğma məktəbində Uşaq Bilikləri Rəhbəri kimi çalışıb. 1994-cü ildən Azərbaycan Qızıl Aypara Cəmiyyətində çalışmağa başlayıb. Bu illər ərzində tibb bacısı, təlimatçı və son olaraq Nərimanov rayon bölməsinin sədri vəzifələrində fəaliyyət göstərib. O, sakit təbiətli, çalışqan və işini sevən bir insan kimi daima xatirələrdə yadda qalacaqdır.