Strateji Planın hazırlanması üzrə komissiyanın iclası keçirilib

Əsas səhifə / XƏBƏRLƏR / Strateji Planın hazırlanması üzrə komissiyanın iclası keçirilib
 A meeting of the commission responsible for preparing the strategic plan was held

Azərbaycan QAC-ın 2026-2030- cu illər üçün hazırlanması nəzərdə tutulan Strateji Plan üzrə komissiyanın ilk iclası keçirilib. İclasda əsas müzakirələrdən biri də aktual məsələlərdən irəli gələn zəruri layihələrin həyata keçirilməsində çevikliyin təmin olunması, tərəfdaşlarla işgüzar münasibətlərin daha da inkişaf etdirilməsi, AzQAC haqqında Azərbaycan Respublikası Qanunuda təsbit olunmuş müvafiq maddələrə uyğun olaraq yeni iş planının hazırlanaraq yerlərdə icrasının təmin olunması məsələsi olub. Komissiyanın sədri, vitse-prezidenti Q.Əsgərzadə Strateji Planın hazırlanması işləri haqqında məlumat verib. Vitse-prezident Rövşən Əliyev Strateji Planının hazırlanmasında yeni tələblər və çağırışların nəzərə alınmasının vacibliyini vurğulayıb. Həmçinin, İcraçı Katib Ceyhun Mirzəyev, icraçı katibin müavini Xalidə İsgəndərova, İdarə rəisi-vitse-prezident Əziz Qocayev, Bakı Regional Mərkəzin koordinatoru Rəna İbrahimova, Sumqayıt Regional Mərkəzin koordinatoru Mətanət Məhərrəmova və digərləri Strateji plan haqqında təkliflərini bildirdilər. Müzakirələrdə gələcək fəaliyyət istiqamətləri, əsas prioritetlər və effektiv idarəetmə mexanizmləri diqqət mərkəzində olub. Sonda Strateji Planın hazırlanması məqsədilə işçi qrupun yaradılması haqqında qərar qəbul olunub.