Novruz Aslanov Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyinin rəhbərini qəbul edib

Əsas səhifə / XƏBƏRLƏR / Novruz Aslanov Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyinin rəhbərini qəbul edib
 Novruz Aslanov, the President of the Azerbaijan Red Crescent Society, received the Head of the International Committee of the Red Cross's representation in Azerbaijan

3 iyul 2025-ci il tarixində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) prezidenti, millət vəkili Novruz Aslanov Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Baş ofisində Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyinin rəhbəri xanım Dragana Kojici qəbul edib. Görüş zamanı Novruz Aslanov xanım Kojicin ölkəmizdə fəaliyyəti dövründə BQXK-nin həyata keçirdiyi humanitar missiyalara verdiyi töhfələri müsbət qiymətləndirib. Onun rəhbərliyi altında post-münaqişə dövründə mülki əhaliyə yardım, mina təhlükəsi ilə mübarizə, həbsdə olan şəxslərə başçəkmələr və digər mühüm humanitar təşəbbüslərin icrası xüsusi qeyd olunub. Gələcək fəaliyyətində uğurlar arzulayaraq xanım Kojicə təşəkkürünü bildirib. Xanım Dragana Kojic isə Azərbaycanla əməkdaşlıqdan məmnunluğunu ifadə edib və ölkəmizdə qazandığı təcrübəni yüksək dəyərləndirdiyini vurğulayıb, həmçinin, AzQAC-ın prezidentinə və kollektivinə qarşılıqlı işgüzar münasibətlərə verdikləri önəmə görə minnətdarlığını bildirib.