2025-ci il 4 iyul tarixində AzQAC-ın Baş ofisində Naxçıvan MR Komitəsi və ona daxil olan yerli
bölmə sədrləri ilə online görüş keçirilib. İclası AzQAC-ın vitse-prezidenti
Qafar Əsgərzadə açaraq hamını salamlayaraq və 2026-2030-cu cu illər üçün
strateji planın hazırlıq işləri, Naxçıvan MR Komitəsi və onun bölmələrinin
işinin müasir dövrün tələblərinə uyğun, yenilikləri tətbiq etməklə fəaliyyət
istiqamətlərinin genişləndirilməsinin zəruriliyini qeyd edib.Daha sonra Q.Əsgərzadə çıxışında
bütövlükdə AzQAC-ın humanitar fəaliyyət istiqamətlərindən, bu sahədə
Naxçıvandakı fəaliyyətlərdən, gələcəkdə bu sahədə görüləcək işlərdən, həyata
keçiriləcək layihələrdən söz açıb. O, vəziyyəti təhlil edərək Cəmiyyətin fəaliyyətinin Naxçıvan MR-sında həyata keçirilməsinin əhəmiyyətini vurğulayıb.
İcraçı katib Ceyhun Mirzəyev çıxış edərək növbəti illərdə görüləcək işlərin
vacibliyini, yeni layihələrin, əməkdaşlıqların davamlı olmasının vacibliyini görüş iştirakçılarının
diqqətinə çatdırıb. QAC Naxçıvan MR Komitəsinin sədri Yaşar Vəliyev son 6 ayda
komitənin gördüyü işlərdən bəhs edib. Naxçıvan MR-sının komitə sədrləri
də söz alaraq iş fəaliyyətlərindən söhbət açıb, təklif və iradlarını bildirdilər. Tənqid və
özünütənqid ruhunda keçən görüş maraqlı diskussiya şəklində, işgüzar, məntiqli
müzakirələrlə sona çatıb.