AzQAC-ın prezidenti cənab Novruz Aslanovdan Amerika Qırmızı Xaç Cəmiyyətinə Başsağlığı

Əsas səhifə / XƏBƏRLƏR / AzQAC-ın prezidenti cənab Novruz Aslanovdan Amerika Qırmızı Xaç Cəmiyyətinə Başsağlığı
 The President of the Azerbaijan Red Crescent Society, Mr. Novruz Aslanov, sent a letter of condolence to the American Red Cross Society

Hörmətli Cənab Cliff Holtz,
Texas ştatında baş vermiş ağır faciə və onun dəhşətli nəticələri bizi dərindən kədərləndirdi. Dağıdıcı daşqınların çoxsaylı insan tələfatına səbəb olması bizi son dərəcə sarsıtdı. Həlak olan insanların faciəvi şəkildə dünyadan köçməsi böyük itki olmaqla yanaşı, bizə dərin hüzn yaşadır.
Bu çətin günlərdə Azərbaycan Qızıl Aypara Cəmiyyəti adından, cəmiyyətimizin bütün üzvləri və könüllüləri adından, həlak olanların ailələrinə, yaxınlarına və dostlarına səmimi başsağlığı verirəm. Biz sizinlə həmrəyik və dərdinizə şərik olduğumuzu bildirmək istəyirik.
Dualarımız və düşüncələrimiz sizinlədir.
 
Hörmətlə,
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Prezidenti,          
Milli Məclisin Deputatı, Novruz Aslanov