11 iyul 2025-ci il tarixində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin
(AzQAC) vitse-prezidenti Rövşən Əliyev Qazax rayon bölməsində müşavirə keçirib.
Görüşdə Qazax rayon bölməsinin əməkdaşları və könüllüləri iştirak ediblər.
Müşavirə zamanı əsas diqqət bölmənin təşkilati inkişaf
və texniki-təchizat məsələlərinə yönəldilib. Bölmənin ləvazimat və
avadanlıqlarla təmin olunması istiqamətində görülmüş işlər müzakirə olunub,
mövcud ehtiyaclar qiymətləndirilib.
Tədbirdə həmçinin hazırda bölmədə həyata keçirilən layihələr
barədə məlumat verilib, qarşıda duran fəaliyyət planları ətrafında fikir
mübadiləsi aparılıb. Bölmə əməkdaşları və könüllülər tərəfindən səsləndirilən təkliflər
diqqətlə dinlənilib, gələcək layihələrin həyata keçirilməsi baxımından əhəmiyyətli
müzakirələr aparılıb.
AzQAC vitse-prezidenti Rövşən Əliyev qeyd edib ki,
rayon bölmələrinin texniki imkanlarının artırılması və fəaliyyətlərinin səmərəliliyinin
təmin olunması təşkilatın prioritet istiqamətlərindəndir.
Müşavirə qarşılıqlı əməkdaşlıq ruhunda keçib və
iştirakçılar tərəfindən yüksək dəyərləndirilib.