2025-ci il iyul ayının 11-də Lənkəran
şəhərində ilk yardım təlimi üzrə tədbir keçirilmişdir. Təlim tədbiri AzQAC Lənkəran
regional mərkəzinə daxil olan 4 rayon bölməsini əhatə edib. Təlim Azərbaycan
Qızıl Aypara Cəmiyyətinin təşkilatçılığı ilə reallaşdırılmış və iştirakçılar
üçün həm nəzəri, həm də praktiki biliklərin aşılanması baxımından böyük
əhəmiyyət daşıyıb, ilkin psixoloji dəstək və ilk yardım mövzularını tam olaraq əhatə edib. Təlim sessiyaları AzQAC-ın
psixoloqu Nigar Qədəşova, ilk yardım üzrə təlimçilər Şahin Biləndərli və Fidan
Mehdiyeva tərəfindən aparılıb.
Təlimin ilk hissəsində psixoloji
ilk yardım mövzusu ətraflı şəkildə iştirakçılara təqdim edilib. Bu hissə
iştirakçılar tərəfindən böyük maraqla qarşılanmış, real situasiyalar üzərində
təhlillər aparılmış, nəzəri yanaşmalarla yanaşı praktiki tövsiyələr də
verilmişdir.
Təlimin ikinci hissəsində isə ilk
yardım mövzuları ətrafında geniş məlumat təqdim olunub. Təlimçilər
iştirakçıların istək və suallarını, o cümlədən təqdim etmək üçün nəzərdə tutulmuş
mövzuları təqdim edərək, sınıqlar, yanıqlar, tənəffüs yollarında yad cisim,
suda boğulma və istivurma kimi vacib sahələri əhatəli şəkildə izah edib, eyni
zamanda praktiki məşğələlər keçiriblər.
Təlimdə ümumilikdə 20 nəfər
iştirak etmiş, onlardan 3-ü peşəkar təlimçi kimi çıxış edib. Təlim interaktiv
formatda həyata keçirilib, iştirakçılar arasında aktiv müzakirələr aparılıb,
sual-cavab sessiyaları keçirilib.
Təlimin sonunda keçirilmiş rəy
sorğusunun nəticələrinə əsasən, iştirakçılar tədbirdən məmnun qalmış və bu səpkidə
maarifləndirici sessiyaların mütəmadi keçirilməsinin vacibliyini qeyd ediblər.
Onların rəy və təklifləri nəzərə alınaraq gələcək fəaliyyətlərinin planlaşdırılmasında
mühüm rol oynayacaq.