AzQAC-ın prezidenti Novruz Aslanov İsmayıllı rayonunda vətəndaşları qebul edib

Əsas səhifə / XƏBƏRLƏR / AzQAC-ın prezidenti Novruz Aslanov İsmayıllı rayonunda vətəndaşları qebul edib
 The President of the Azerbaijan Red Crescent Society, Novruz Aslanov, received citizens in the Ismayilli district

17 iyul 2025-ci il tarixində Milli Məclisin deputatı, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti Novruzəli Aslanov İsmayıllı rayonunun Qalacıq və İstisu kəndlərində sakinlərlə növbəti görüş keçirib. Görüş zamanı vətəndaşların sosial yönümlü problemləri və şəxsi müraciətləri dinlənilib. Deputat Novruzəli Aslanov səsləndirilən məsələləri diqqətlə qeydə alaraq, onların həlli üçün aidiyyəti qurumlara müraciət ediləcəyini bildirib.