Türk Kızılayının nümayəndələri AzQAC-ın Sumqayıt Regional Mərkəzinin qonağı olub

Əsas səhifə / XƏBƏRLƏR / Türk Kızılayının nümayəndələri AzQAC-ın Sumqayıt Regional Mərkəzinin qonağı olub

Azərbaycan Qızıl Aypara Cəmiyyəti və Türk Kızılayının birgə təşəbbüsü ilə nümayəndə heyəti Qızıl Aypara Cəmiyyəti Sumqayıt Regional Mərkəzinin qonağı olub. AzQAC Sumqayıt Regional Mərkəzinin koordinatoru Mətanət Məhərrəmova qonaqları salamlayaraq ilk çıxış üçün  sözü AzQAC-nin İcraçı katibi Ceyhun Mirzəyevə verib. O, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin humanitar qurumları arasında əməkdaşlığın gücləndirilməsi istiqamətində və könüllülük institutunun inkişafı məqsədilə daha bir mühüm təşəbbüs irəli sürüldüyünü nəzərə catdırıb. Beləki, yeni  “Gənclər və Könüllülər Şəbəkəsi” adlı  platforma layihəsi, Türk Dövlətləri arasında həmrəyliyin, mədəni yaxınlığın və humanitar sahədə birgə fəaliyyətlərin möhkəmləndirilməsi məqsədilə yaradıldığını vurğulayıb. Layihənin əsas məqsədi Türk dünyasına mənsub milli cəmiyyətlər, o cümlədən, Azərbaycan Qızıl Aypara Cəmiyyəti, Türk Kızılayı və digər üzv dövlətlərin humanitar təşkilatlarının könüllü və gənclərinin ortaq fəaliyyətini təmin etməkdir. Gənclər arasında qarşılıqlı təcrübə mübadiləsi, birgə təlimlər, sosial layihələr və fövqəladə hallara hazırlıq və cavabvermə bu şəbəkənin əsas istiqamətlərindən biri  olduğunu bildirib. Bu təşəbbüs Azərbaycan Qızıl Aypara Cəmiyyəti və Türk Kızılayının birgə çağırışları ilə rəsmi olaraq qəbul olunub. Hər iki təşkilat könüllülüyün gücünü ortaq dəyərlər ətrafında birləşdirməyə çağırış edib. Görüş zamanı vurğulanıb ki, gənclər bu platformada yalnız iştirakçı kimi deyil, həm də təşəbbüskar və lider rolunu oynamalıdırlar. QAC Sumqayıt şəhər bölməsinin könüllüləri də fəal şəkildə çıxışlara qatılıb, öz fikirlərini, baxış bucaqlarını və gələcəyə dair çağırışlarını səsləndiriblər. Təkliflər əsasən, Türk dünyasında humanitar əməkdaşlığın dərinləşdirilməsi, təlim və təcrübə mübadilələri və ortaq sosial layihələrin həyata keçirilməsi istiqamətində olub. Yeni yaradılan “Gənclər və Könüllülər Şəbəkəsi” gələcəkdə Türk dünyasında humanitar əməkdaşlığın çox mühüm dayaqlarından birinə çevrilmək niyyətindədir. Sonda Türk Kızılayın nümayəndələri simvolik hədiyyələrini könüllülərə təqdim edib.