22 iyul 2025-ci il tarixində Milli Mətbuat Günü
münasibətilə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti tərəfindən mətbuatda
fərqlənmiş bir neçə jurnalistlər təbrik olunub.
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti
jurnalistləri təbrik edərək, onların cəmiyyətin humanitar fəaliyyəti barədə
ictimaiyyətə dolğun və obyektiv məlumat çatdırmaqda göstərdikləri səyləri yüksək
qiymətləndirib. O, bildirib ki, mətbuat nümayəndələri həm operativlik, həm də dəqiqlik
baxımından Azərbaycan Qızıl Aypara ilə ictimaiyyət arasında mühüm körpü rolunu oynayır.
Tədbir zamanı əməkdar jurnalist, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin
vitse-prezidenti Qafar Əsgərzadəyə, “Yeni Təfəkkür” qəzetinin baş redaktoru, əməkdar jurnalist Şəmsiyyə
Kərimovaya və Azərbaycan İnformasiya Agentliyinin baş redaktoru Azər Məmmədova
peşə bayramı münasibətilə təbriklər ünvanlanıb və xatirə hədiyyələri təqdim
olunub. Cəmiyyətin prezidenti onlara gələcək fəaliyyətlərində uğurlar arzulayaraq qeyd edib
ki, Azərbaycan Qızıl Aypara Cəmiyyəti bundan sonra da media ilə əməkdaşlığını daha da gücləndirmək
niyyətindədir.
Tədbirdə jurnalistlər də ayrı-ayrılıqda çıxış edərək cəmiyyətin
operativliyi, şəffaflığı və humanitar fəaliyyətlərinin mətbuat üçün daim
maraqlı və vacib mövzu olduğunu qeyd ediblər. Media və humanitar təşkilatlar
arasında belə əlaqələrin daha da möhkəmləndirilməsinin vacibliyi vurğulanıb,
jurnalistlər öz fəaliyyətləri barədə məlumat veriblər. Qeyd
olunub ki, gələcəkdə media ilə birgə həyata keçiriləcək layihələr daha geniş
ictimaiyyətin maarifləndirilməsinə xidmət edəcək. Jurnalistlər göstərilən diqqət
və dəyərə görə minnətdarlıqlarını bildiriblər və humanitar dəyərlərin təbliğində
hər zaman fəal olacaqlarını qeyd ediblər.
Tədbir zamanı əməkdar jurnalist, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin vitse-prezidenti Qafar Əsgərzadəyə, “Yeni Təfəkkür” qəzetinin baş redaktoru, əməkdar jurnalist Şəmsiyyə Kərimovaya və Azərbaycan İnformasiya Agentliyinin baş redaktoru Azər Məmmədova peşə bayramı münasibətilə təbriklər ünvanlanıb və xatirə hədiyyələri təqdim olunub. Cəmiyyətin prezidenti onlara gələcək fəaliyyətlərində uğurlar arzulayaraq qeyd edib ki, Azərbaycan Qızıl Aypara Cəmiyyəti bundan sonra da media ilə əməkdaşlığını daha da gücləndirmək niyyətindədir.
Tədbirdə jurnalistlər də ayrı-ayrılıqda çıxış edərək cəmiyyətin operativliyi, şəffaflığı və humanitar fəaliyyətlərinin mətbuat üçün daim maraqlı və vacib mövzu olduğunu qeyd ediblər. Media və humanitar təşkilatlar arasında belə əlaqələrin daha da möhkəmləndirilməsinin vacibliyi vurğulanıb, jurnalistlər öz fəaliyyətləri barədə məlumat veriblər. Qeyd olunub ki, gələcəkdə media ilə birgə həyata keçiriləcək layihələr daha geniş ictimaiyyətin maarifləndirilməsinə xidmət edəcək. Jurnalistlər göstərilən diqqət və dəyərə görə minnətdarlıqlarını bildiriblər və humanitar dəyərlərin təbliğində hər zaman fəal olacaqlarını qeyd ediblər.
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin
prezidenti çıxışında vurğulayıb ki, medianın gücü cəmiyyətə humanitar prinsipləri
aşılayan əsas vasitələrdən biridir. O, xüsusilə fövqəladə hallarda jurnalistlərin
operativliyinin və obyektivliyinin ictimai şüurun formalaşmasında mühüm rol
oynadığını bildirib. Tədbir iştirakçıları arasında Cəmiyyətin rəhbər heyəti və əməkdaşlar
da yer alıb.