AzQAC-ın Nizami Rayon Bölməsində 200 Ailəyə Humanitar Yardım paylanılıb

Əsas səhifə / XƏBƏRLƏR / AzQAC-ın Nizami Rayon Bölməsində 200 Ailəyə Humanitar Yardım paylanılıb

26 iyul 2025-ci il tarixində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Nizami rayon bölməsində humanitar yardım aksiyası keçirilib. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Nizami rayon bölməsi tərəfindən adı açıqlanmasını istəməyən türkiyəli iş adamının dəstəyi ilə 200 nəfər ehtiyaclı şəxslərə o cümlədən şəhid ailələrinə, qazilərə, aztəminatlı ailələrə və kimsəsiz qocalara ərzaq qutuları paylanılıb. Tədbirdə Qızıl Aypara Cəmiyyətinin Bakı Regional Mərkəzinin koordinatoru Rəna İbrahimova çıxış edərək iştirakçıları salamladı  yardım edən xeyirxah insana təşəkkürünü bildirib. Nizami Rayon İcra Hakimiyyətinin nümayəndəsi Eldəniz Zeynalov da çıxış edərək rayon sakinlərinə ürək sözlərini çatdırdı və yardım kampaniyasını təşkil edən şirkətin nümayəndəsinə dərin minnətdarlığını ifadə edib. Şirkətin nümayəndəsi Cengiz bəy isə rəhbərlik adından salamlarını çatdıraraq, aksiyada iştirak edən hər kəsə xoş günlər arzulayıb. Yardım alan vətəndaşlar onlara göstərilən qayğı və diqqətə görə minnətdarlıqlarını bildiriblər.